Bank Of Baku

“Birlik” Siyasi Partiyalar blokunun təsis edilməsi ilə bağlı mətbuat konfransı keçirilib

“Birlik” Siyasi Partiyalar blokunun təsis edilməsi ilə bağlı mətbuat konfransı keçirilib
# 30 iyun 2009 13:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azad Respublikaçılar, Milli Dövlətçilik, Milli Hərəkat, Demokratik Ziyalılar və Mübarizlər partiyaları tərəfindən “Birlik” Siyasi Partiyalar blokunun təsis edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov deyib ki, bu məqsədlə təşkilat rəhbərləri 5 müddəadan ibarət saziş imzalayıblar. Sazişdə Heydər Əliyev və prezident İlham Əliyevin siyasi kursunun dəstəklənməsi, dövlətçilik maraqlarına xidmət edilməsi öz əksini tapıb. Sazişdə adıçəkilən partiyların bələdiyyə və parlament seçkilərində əməkdaşlıq etməsi də öhdəlik olaraq qeyd olunub. K. Seyidovun sözlərinə görə, bu blok öz fəaliyyətini iqtidaryönümlü partiyaların Məşvərət Məclisinə qarşı qurmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR