Bank Of Baku

Siyavuş Novruzov: “Azərbaycan idmanında legionerlərinin sayı azaldılmalıdır”

Siyavuş Novruzov: “Azərbaycan idmanında legionerlərinin sayı azaldılmalıdır”
# 30 iyun 2009 14:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Azərbaycanda müxtəlif idman növlərində legionerlərdən həddən artıq çox istifadə olunur”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov bildirib. Deputat deyib ki, müxtəlif idman növlərində legionerlərdən istifadə başa düşülən olsa da, birbaşa Azərbaycanın adı ilə bağlı olan sahələrdə buna ehtiyac yoxdur: “Legionerlərinin sayı azaldılmalıdır. Bu yaxınlarda İranda keçirilən bir yarışın qalibi Azərbaycan güləşçiləri olmuşdular. Orda qalib gələn 9 idmançının 8-i Dağıstanlı idi. Şəxsən mən buna görə xəcalət çəkdim. Gedib haradansa dağda xizək sürməyə adam gətirə bilərik. Ancaq güləşdə legionerə müraciət etmək düzgün deyil. Bu Azərbaycanda tarixən mövcud olan idman növüdür. Bu işlə özümüz daha yaxşı məşğul ola bilərik”.
Müzakirələrdən sonra “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi 3-cü oxunuşda qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR