Bank Of Baku

MSK bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edib

MSK bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edib
# 30 iyun 2009 14:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun martın 25-də və 30-da keçirilmiş toplantılarının protokolları təsdiq edilib. MSK 6 saylı Culfa-Babək, 35 saylı Xətai üçüncü və 93 saylı Bərdə şəhər seçki dairələrinin dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başlanıb. Martın 18-də keçirilən referendumda siyahıların kifayət qədər dəqiqləşdirildiyini deyən komissiya sədri, yenə də dəqiqləşməyə ehtiyac olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR