Bank Of Baku

MSK bələdiyyələrin sayının azaldılmasını alqışlayır

MSK bələdiyyələrin sayının azaldılmasını alqışlayır
# 30 iyun 2009 14:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda bələdiyyələrin sayı 2750-dən 1700-ə qədər azaldılıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. Milli Məclisin bələdiyyələrin sayının azaldılması ilə bağlı qərarını alqışladığını qeyd edən MSK sədri bunu vacib addım hesab edir: “Çünki seçkilərin keçirilməsi zamanı bələdiyyələrin sayının çoxluğu seçkilərin keçirilməsinə də problemlər yaradır. Bir tərəfdən namizədlər çox olur, digər tərəfdən, bələdiyyəyə namizədliyini irəli sürən şəxsin seçki komissiyalarında yaxın qohumunun olmaması ilə bağlı qanunun tələbi böyük problem idi. Amma indi namizədlərin sayı az olacaq və bu zaman namizədin komissiyalarda qohumunun olub-olmamasını araşdırmaq da asanlaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR