Bank Of Baku

Əli Əhmədov özbəkistanlı gənclərlə görüşüb

Əli Əhmədov özbəkistanlı gənclərlə görüşüb
# 30 iyun 2009 14:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Özbəkistan Gənclərinin “Kamolot” İctimai Hərəkatının Mərkəzi Şurasının üzvləri ilə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə Ə. Əhmədov Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf etdiyini bildirib. Hər iki dövlətin rəhbərlərinin qarşılıqlı səfərləri və ölkələr arasında imzalanmış sənədlərin münasibətlərdə əsas rol oynadığını söyləyən Ə. Əhmədov qonaqları YAP-ın fəaliyyəti barədə məlumatlandırıb. O, YAP-ın Azərbaycanda ən böyük siyasi qüvvə olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR