Bank Of Baku

Müsavat partiyası Gənclər Təşkilatı Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat partiyası Gənclər Təşkilatı Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 30 iyun 2009 15:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Gənclər Təşkilatı Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirmək üçün bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiya iyulun 6-na təyin edilib. Aksiyada “Şəffaf imtahan!”, “Korrupsiyasız təhsil!”, “Rüşvət tələsinə son qoyulsun!” tələbləri səsləndiriləcək. Aksiyanın keçirilməsində məqsəd orta məktəblərdə buraxılış imtahanlarına tətbiq olunan yeni imtahan qaydalarına etiraz ifadə etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR