Bank Of Baku

Vaqif Mahmudov ACP sədri postuna namizədliyini irəli sürəcəyini bildirib

Vaqif Mahmudov ACP sədri postuna namizədliyini irəli sürəcəyini bildirib
# 01 iyul 2009 09:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Açıq Cəmiyyət Partiyasının sədrliyinə öz namizədliyimi irəli sürmək fikrindəyəm”. Bu açıqlamanı APA-ya ACP-nin Ali Məclisinin sədri, hazırda partiyanın sədri səlahiyyətlərini yerinə yetirən Vaqif Mahmudov verib. Onun sözlərinə görə, hazırda bununla bağlı qəti qərarını mətbuata açıqlamaq fikrində deyil: “Hələlik sədr səlahiyyətlərini yerinə yetirirəm və ola bilsin ki, Ali Məclisin iclasında sədrliyə başqa namizədlər də olsun. O namizədlər Məclisin iclasında müəyyənləşəcək. Mən özüm üçün müəyyənləşdirmişəm, proseslərin gedişində qəti qərar elan olunacaq və ola bilər ki, namizədliyimi irəli sürüm”. V. Mahmudov sədr seçiləcəyi halda həyata keçirəcəyi addımlarla bağlı proqram hazırladığını və bu proqramın ACP liderinə də təqdim olunacağını qeyd edib. O, proqramın məzmununu açıqlamağa ehtiyac görmədiyini bildirib. Sədr əvəzi bildirib ki, partiyanın Nizamnaməsinə görə, partiya sədri istefa verdikdən sonra 3 ay müddətinə Ali Məclisin iclası keçirilib yeni sədr seçilməlidir. O, yaxın vaxtlarda iclasın tarixinin müəyyən olunacağını qeyd edib.

ACP sədrinin iki müavininin dəyişdirilməsinə gəldikdə, V. Mahmudov bunu yeni enerjili qüvvələrlə işləmək istəyi ilə izah edib: “Yeni təyin olunan müavinlər gənclərdir və enerjilidirlər. Keçmiş müavinlər Akif Şahbazovla işləyirdilər, amma mən yeni qüvvələrlə işləmək istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR