Bank Of Baku

Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin iclası keçirilib

Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin iclası keçirilib
# 01 iyul 2009 12:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən komitə sədri Şəmsəddin Hacıyev parlamentin yaz sessiyası ərzində “Təhsil haqqında” qanun layihəsinin qəbul edilməsini böyük uğur kimi qiymətləndirib. Ş. Hacıyev parlamentin payız sessiyasınadək təhsil sahəsini əhatə edən digər qanun layihələrinin hazırlanacağını da deyib.

Onun sözlərin görə, rəhbərlik etdiyi komitə tərəfindən “Elm və dövlət elmi texniki siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Orta təhsil haqqında” və “Yaşlıların təhsili haqqında” qanun layihələri hazırlanaraq Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına daxil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR