Bank Of Baku

İSESKO-nun baş katibi “Təhsil haqqında” qanunun qəbulu ilə əlaqədar Milli Məclisə məktub göndərib

İSESKO-nun baş katibi “Təhsil haqqında” qanunun qəbulu ilə əlaqədar Milli Məclisə məktub göndərib
# 01 iyul 2009 13:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl-Türeycri “Təhsil haqqında” qanunun qəbul olunması ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinə məktub göndərib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Komitə sədri deyib ki, İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl-Türeycri göndərdiyi məktubunda bu qanunun qəbul edilməsini yüksək qiymətləndirib. Ş. Hacıyev belə məzmunlu məktubun Dünya Bankından da daxil olduğunu söyləyib. Onun sözlərin görə, hər iki məktubda “Təhsil haqqında” qanun layihəsinin qəbulu edilməsinin müsbət qiymətləndirilməsi ilə yanaşı, müəyyən tövsiyələr də yer alıb. Komitə sədri, 2010-cu ilin aprelində Bakıda İslam Konfransı Təşkilatına Üzv Ölkələrin Universitetləri Assosiasiyasının V Qurultayının keçiriləcəyini də diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR