Bank Of Baku

AMİP qazın qiymətinin qaldırılmasına etiraz edir

AMİP qazın qiymətinin qaldırılmasına etiraz edir
# 01 iyul 2009 14:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Təbii qazın qiymətinin 2 dəfədən artıq qaldırması ilə bağlı Tərif Şurasının qərarına etiraz olaraq Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilib ki, bu addım karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan üçün biabırçılıqdır. AMİP büdcənin əhalinin hesabına doldurulmasının əleyhinə olduğunu bildirib və hökumətin bu addımını pisləyib. Partiya hesab edir ki, enerji daşıyıcılarının qiymətlərinin qaldırılması vətəndaşların durumlarını daha da ağırlaşdırır, cəmiyyətdə sosial gərginliyi partlayış həddinə gətirib çıxarır. Buna görə də partiya Tarif Şurasının verdiyi qərara yenidən baxmasını, qiymət siyasətini əhalinin real gəlirlərinə adekvat aparmasını tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR