Bank Of Baku

Azərbaycan prezidenti “Atəşgah məbədi” qoruğunun mühafizəsi və maddi-texniki təminatı üçün 1 milyon manat ayırıb

Azərbaycan prezidenti “Atəşgah məbədi” qoruğunun mühafizəsi və maddi-texniki təminatı üçün 1 milyon manat ayırıb
# 01 iyul 2009 17:24 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun mühafizəsi və maddi-texniki təminatı haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya bildirilib ki, sərəncama əsasən, Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və “Atəşgah” tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR