Bank Of Baku

Özbəkistan gəncləri Milli Məclisin qonağı olub

Özbəkistan gəncləri Milli Məclisin qonağı olub
# 02 iyul 2009 07:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Özbəkistan Gənclərinin “Kamolot” İctimai Hərəkatının Mərkəzi Şurasının sədri Akrom Alimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, komitə sədri qonaqlara Azərbaycan parlamentinin strukturu və fəaliyyəti barədə geniş məlumat verib. H. Rəcəbli başçılıq etdiyi komitənin ailə və uşaq, səhiyyə, bədən tərbiyəsi, idman, gənclər və bir sıra digər sosial sahələrin problemləri ilə məşğul olduğunu deyib. A. Alimov isə təmsil etdiyi qurumun fəaliyyətindən söz açaraq Özbəkistanda gənclər siyasəti sahəsində görülən işlərdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR