Bank Of Baku

Mübariz Əhmədoğlu: “İran Ermənistanın güclənməsinə kömək edir, sonra isə müsəlmançılıqdan və humanizmdən danışır”

Mübariz Əhmədoğlu: “İran Ermənistanın güclənməsinə kömək edir, sonra isə müsəlmançılıqdan və humanizmdən danışır”
# 02 iyul 2009 11:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu iyun ayının yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu beynəlxalq və regional ictimai-siyasi prosesləri təhlil edib. İranda keçirilən prezident seçkilərinin nəticələri elan olunduqdan sonra ölkədə yaranan vəziyyət haqda danışan politoloqun fikrincə, baş verən hadisələr onu göstərir ki, İranda dini liderlər arasında hakimiyyətin yenidən bölüşdürülməsi uğrunda mübarizə gedir: “Mübarizənin zahirən prezidentliyə namizəd Mirhüseyn Musəvi ilə hazırkı prezident Mahmud Əhmədinejat arasında getməsinə baxmayaraq, əsl qarşıdurma dini lider Xamneyi ilə Haşimi Rəfsəncani arasında yaranıb. Etirazlar qismən yatırılsa da, Rəfsəncaninin geri çəkiləcəyini düşünmürük”.

Politoloq ABŞ-ın Orta Asiyadan çıxarılması üçün atılan addımların fayda vermədiyini də söyləyərək ABŞ-ın Qırğızıstandakı “Manas” hərbi bazasına nəzarəti özündə saxladığını xatırladıb.

İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə də toxunan politoloq deyib ki, İran bu səfərlə regionda çox şey itirdi: “İran regionda ermənipərəst siyasət aparır, Ermənistanın güclənməsinə kömək edir, sonra isə müsəlmançılıqdan və humanizmdən danışır. Bu mənada İranın Azərbaycanda itirdikləri onun öz səhvi ucbatındandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR