Bank Of Baku

Sərdar Cəlaloğlu ölümlə hədələnib

Sərdar Cəlaloğlu ölümlə hədələnib
# 02 iyul 2009 13:58 (UTC +04:00)
S. Cəlaloğluna ünvanlanmış məktubda müxalifətlə, siyasi vəziyyətlə əlaqədar müxtəlif rabitəsiz cümlələr yer alıb. Məktubun sonunda isə kiminsə güllələnməsindən söhbət açılır və hədələr səslənib: “Həm də mən sizə müharibə elan edəcəyəm. Sizin aranızda olan bir neçə yaramazlar var ki, onların hamısını da olmasa, birini də olsa güllələyəcəyəm”. Mətbuat xidmətinin məlumatına görə, məktubun əvvəlində “birləşmiş müxalifət” ifadəsi işlədilir və güman edilir ki, bu zaman Qarabağ və Respublika Uğrunda Hərəkat nəzərdə tutulur. Məktub müəllifi S. Cəlaloğludan məktubu məhz birləşmiş müxalifətin rəhbərlərinə çatdırmasını tələb edib. Məktubdakı əsas tələb isə adları çəkilməyən şəxslərin bəyanat verərək siyasi səhnəni tərk etməsi ilə bağlıdır. “Nazim Muxtarov” bunun üçün partiya liderlərinə bir həftə vaxt verib.

ADP-nin mətbuat xidmətinin məlumatına görə, məsələ ilə bağlı partiya sədrini birinci müavini Həsrət Rüstəmov Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib: “Məktubu oxuyan zaman müəllifin psixi durumu dərhal şübhə doğurur. Yəni bu məktubu təsadüfi bir şey kimi diqqətə almamaq da olardı. Amma Neft Akademiyasında baş verən faciəli terror hadisəsi və son bir neçə ayda artan terror təhdidləri bizi ayıq olmağa sövq edir. Ona görə də polisi ən yüksək səviyyədə məlumatlandırmağı lazım bildik”. Sədr müavini məsələnin tam ciddi araşdırılmasını və hər hansı bir təhlükə varsa onun aradan qaldırılmasını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR