Bank Of Baku

İqbal Ağazadə britaniyalı diplomatla görüşüb

İqbal Ağazadə britaniyalı diplomatla görüşüb
# 02 iyul 2009 14:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Kartin Klevi ilə bu gün görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətləri, bu problemin bütövlükdə regionun Avropaya inteqrasiyasına və demokratikləşməsinə təsiri müzakirə olunub. Eyni zamanda görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Diplomat Ümid Partiyasının bələdiyyə seçkilərinə hazırlığı ilə maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR