Bank Of Baku

Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
# 02 iyul 2009 15:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar, o cümlədən dünya dövlətləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib: “Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritet sahələrindəndir. Bu baxımdan biz Avropanın dəyərli üzvlərindən olan Yunanıstanla əməkdaşlığa böyük önəm veririk. İqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin dərinləşməsi üçün geniş potensial imkanlar mövcuddur”.

Görüşdə O. Əsədov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin həllinin yubanmasının regionda inkişafa və təhlükəsizliyə böyük maneə törətdiyini diqqətə çatdırıb: “Məsələnin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olsa da, son 15 ildə ilk dəfə olaraq bu sahədə irəliləyiş nəzərə çarpmaqdadır”.
Dora Bakoyanni ölkəsinin Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlığa böyük maraq göstərdiyini deyib. ATƏT-in fəaliyyətdə olan sədri bölgəyə səfərindən söz açaraq, Dağlıq Qarabağ probleminin tezliklə həllinin vacibliyini vurğulayıb: “Bu cür münaqişələrin beynəlxalq hüquq normalarına uyğun həlli bölgənin, o cümlədən Avropanın təhlükəsizlik arxitekturası üçün önəmli məsələlərdəndir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR