Bank Of Baku

Demokratiya Uğrunda İttifaq Qarabağ Forumu keçirib

Demokratiya Uğrunda İttifaq Qarabağ Forumu keçirib
# 03 iyul 2009 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) təşkilatçılığı ilə Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, forumda siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, forumun keçirilməsində məqsəd Qarabağ münaqişəsi ilə bağlı ölkənin milli demokratik qüvvələrinin ortaq mövqeyinə nail olmaqdır.

Azadlıq Partiyasının sədri Əhməd Oruc münaqişənin həlli ilə bağlı Azərbaycan hökumətinin, ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq təşkilatların fəaliyyətini tənqid edib. Onun fikrincə, hazırda Azərbaycan ordusu müharibədə qalib gələcək səviyyədə deyil.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı problemə dair ictimai müzakirələrin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Azərbaycan Dağlıq Qarabağda referendumun keçirilməsinə və əraziyə sülhməramlı qoşunların gətirilməsinə razılıq verməməlidir”.

Milli Məclisin üzvü Pənah Hüseyn isə Ə. Orucun çıxışı ilə razılaşmayıb: “Ordu müharibə zamanı sınaqdan çıxır. Hesab edirəm ki, bizim ordumuz müharibədə qalib gəlməyi bacarar və bacarmalıdır. Nəzərə alın ki, Ermənistan ordusunun da səviyyəsi yüksək deyil”.

Qeyd edək ki, bu, DUİ-nin keçirdiyi sayca 8-ci Qarabağ Forumudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR