Bank Of Baku

Azərbaycan Aydınlar Partiyası qazın qiymətinin artırılmasına etiraz edir

Azərbaycan Aydınlar Partiyası qazın qiymətinin artırılmasına etiraz edir
# 03 iyul 2009 12:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Aydınlar Partiyası Tarif Şurası tərəfindən iyulun 1-dən əhaliyə satılan qazın qiymətinin qaldırılması ilə bağlı bəyanat verib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Tarif Şurasının qazın 1000 kubmetrinin 47,2 manatdan 100 manata çatdırılması barədə qərarı pislənilib və iqtisadi-sosial əsaslandırma olmadan qəbul edildiyi qeyd olunub. Partiya hesab edir ki, maliyyə böhranının Azərbaycana təsirlərinin artdığı və Azərbaycanın qaz ixracatçısına çevrildiyi bir dövrdə əhaliyə satılan qazın qiymətinin artırılması düzgün deyil: “Belə bir vaxtda əhaliyə satılan qazın qiymətinin 2,1 dəfə artırılması ölkədəki sosial gərginliyin daha da artmasına və yoxsulluğun miqyasının daha da genişlənməsinə səbəb olacaq. Azərbaycan neft-qaz ölkəsi olduğundan vətəndaşlar bu enerji növlərindən daha ucuz qiymətə faydalanmaq hüququna sahib olmalıdır. Rusiya, İran, Qazaxıstan və Türkmənistanda olduğu kimi, Azərbaycanda da enerji daşıyıcıları vətəndaşlar üçün əlçatan olmalıdır”.
Partiya həmçinin hökuməti Tarif Şurasının qərarını ləğv etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR