Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirməyə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirməyə icazə verməyib
# 03 iyul 2009 13:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyası Gənclər Təşkilatının orta məktəblərdə buraxılış imtahanlarına tətbiq olunan yeni qaydalara etiraz olaraq iyulun 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirmək istədiyi etiraz aksiyasına icazə verməyib. APA-nın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən partiyaya ünvanlanan məktubda bildirilib ki, aksiya keçirmək üçün partiyanın nəzərdə tutduğu yer yalnız nəqliyyatın hərəkət etməsi üçün nəzərdə tutulub. Piyadalar üçün binanın ətrafında ayrılan sahələr geniş olmadığı üçün adıçəkilən ərazidə toplantı keçirilməsi də mümkün deyil. Paytaxt meriyası Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirilməsini məqsədəuyğun hesab etməməklə yanaşı, partiya üzvlərinə piketin keçirilməsi üçün alternativ yer da təklif edib.
İcra hakimiyyəti iyulun 6-da saat 13:00-dan 15:00-a qədər partiyanın Gənclər Təşkilatına aksiya keçirmək üçün Səbayel rayonu Bibiheybət qəsəbəsində yerləşən “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin stadionunu təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR