Bank Of Baku

Azərbaycan yəhudiləri Bakının mərkəzindəki Dövlət Mahnı Teatrının binasının onlara verilməsini istəyirlər

Azərbaycan yəhudiləri Bakının mərkəzindəki Dövlət Mahnı Teatrının binasının onlara verilməsini istəyirlər
# 06 iyul 2009 15:53 (UTC +04:00)
APA-nın Yəhudi Xəbərləri Agentliyinə istinadən verdiyi məlumata görə, dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov və “Yəhudi Evi”nin direktoru Şaul Davıdov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüblər. Görüşdə yeni inşa ediləcək Qış parkının ərazisinə düşdüyü üçün Bakı şəhərindəki sinaqoqun sökülməsi ehtimalı ilə əlaqədar dağ yəhudiləri icmasının ibadət evi ilə təmin olunması məsələsi müzakirə olunub. S. İxiilov və Ş. Davıdov yeni sinaqoq üçün tikinti planını və Bakının “yəhudi məhəlləsi” adlanan ərazidə yerləşən 4 sahənin sxemini və fotolarını H. Abutalıbova təqdim ediblər. Şəhər rəhbəri söz verib ki, bu məsələni prezident İlham Əliyevin diqqətinə çatdıracaq.

Yəhudi icmasının nümayəndələri problemin iki həll yolu olduğunu düşünürlər. Birinci varianta əsasən təqdim olunan sahələrdən birini Bakı şəhər İcra Hakimiyyəti alır və öz vəsaiti hesabına icma tərəfindən təqdim olunan memarlıq planı əsasında yeni sinaqoq tikir. İkinci variant isə budur ki, sovet hakimiyyəti zamanı müsadirə edilmiş və hazırda Rəşid Behbudov adına Mahnı Teatrının yerləşdiyi tarixi sinaqoq binası yəhudilərə geri qaytarılır. İcma nümayəndələri hesab edirlər ki, on illərlə sinaqoq kimi fəaliyyət göstərmiş və insanların ibadət etdikləri binanı teatra vermək yaxşı qərar olmayıb. Amma bu qərara yenidən baxıb tarixi sinaqoqu yəhudilərə vermək, teatr üçünsə Bakıda yeni bina inşa etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR