Bank Of Baku

Azərbaycanın hərbi doktrinası Milli Məclisin payız sessiyasında müzakirə oluna bilər

Azərbaycanın hərbi doktrinası Milli Məclisin payız sessiyasında müzakirə oluna bilər
# 07 iyul 2009 11:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Hazırda Azərbaycanda dünya ölkələri tərəfindən qəbul edilən hərbi doktrinaların təcrübəsindən istifadə edilir. Azərbaycanın öz hərbi doktrinası isə Milli Məclisin payız sessiyasında müzakirə oluna bilər”. APA-nın məlumatına görə, bunu Milli Məclisdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Aydın Mirzəzadə deyib. O bildirib ki, ötən il ölkə başçısı tərəfindən təsdiqlənən Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında bir sıra məsələlər öz əksini tapıb: “Hərbi doktrinada hazırda tətbiq olunan təcrübəyə yer veriləcək. Bundan başqa, Azərbaycanın potensial düşmənləri də göstəriləcək”.

Mətbuat konfransında “Prokurorluq haqqında” qanuna əlavə və dəyişikliklərin hazırlandığı, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi üzərində isə iş getdiyi vurğulanıb. Hər iki sənədin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR