Bank Of Baku

Milli Məclis rəhbərliyi Azərbaycan Ombudsmanının səlahiyyət müddətinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib

Milli Məclis rəhbərliyi Azərbaycan Ombudsmanının səlahiyyət müddətinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
# 07 iyul 2009 11:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentdə yaz və növbədənkənar sessiyanın yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. Milli Məclis Aparatının rəhbəri bildirib ki, hazırkı müvəkkilin səlahiyyət müddəti başa çatsa da, yeni Ombudsmanın seçilməsi ilə bağlı parlamentə namizədlərin təqdim olunmamasından narahatlıq keçirməyə əsas yoxdur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov da yeni Ombudsmanın seçilməməsinin Konstitusiya qanunun pozulması kimi qiymətləndirilməsinin düzgün olmadığını deyib. Onun sözlərinə görə, qanun yalnız prosedur qaydaları tənzimləyir.

“Dini etiqad azadlığı haqqında” qanuna edilən son əlavə və dəyişikliklərin dövlətin dinə müdaxiləsi kimi qiymətləndirilməsinin yolverilməz olduğunu bildirən Ə. Hüseynov “Din dövlətdən ayrı olsa da, dövlət dindən ayrı deyil”, - söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR