Bank Of Baku

Prezident Administrasiyasının şöbə müdiri Adnan Hacızadə və Emin Millinin həbsinə münasibət bildirib

Prezident Administrasiyasının şöbə müdiri Adnan Hacızadə və Emin Millinin həbsinə münasibət bildirib
# 20 iyul 2009 09:52 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Dövlət rəsmisi artıq gənclərin hansı şəraitdə və nəyə görə həbsi edilməsi ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin açıqlama verdiyini xatırladıb.

Ə. Həsənovun sözlərinə görə, işin bundan sonrakı gedişi haqında qərarı məhkəmə verməlidir: “Məhkəmənin qərarı olmadan, hadisələri bu şəkildə şişirtmək, siyasiləşdirmək, hadisələrə bu şəkildə qiymət vermək məhkəmə qərarlarına bu və ya digər şəkildə təzyiq və təsir kimi qiymətləndirilə bilər. Məhz bu baxımdan mən də əlavə şərh vermək istəmirəm. Məsələyə artıq lazımi orqanlar münasibət bildiriblər. Növbəti münasibət bildirəcək orqan məhkəmədir. Məhkəmənin qərarını gözləmək lazımdır. Yalnız məhkəmənin qərarından sonra hər hansı rəy vermək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR