Bank Of Baku

Demokratiya Uğrunda İttifaq Qarabağla bağlı Müqavimət Hərəkatı yaradır

Demokratiya Uğrunda İttifaq Qarabağla bağlı Müqavimət Hərəkatı yaradır
# 21 iyul 2009 11:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, Azadlıq Partiyasının sədri Əhməd Oruc münaqişənin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsində Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yarandığını deyib. Danışıqlarda müzakirə predmeti olan və razılaşdırılan müddəaların açıqlanmasını istəyən Ə. Oruc prosesin bu şəkildə davam edəcəyi təqdirdə etiraz aksiyalarına start verilməsini zəruri sayıb.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da Dağlıq Qarabağın hüquqi baxımdan Ermənistana verilməsi təhlükəsinin yarandığını söyləyib: “İctimaiyyətin təzyiqindən istifadə etmək lazımdır. Beş rayonun Azərbaycana qaytarılması ilə məsələni həll etmək istəyirlər”.

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının baş katibi Zöhrab Abdullayev, “Şuşa Birlik” təşkilatının sədr müavini Umudvar Məmmədli və digərləri də danışıqlar prosesinin hazırkı vəziyyətindən narazılıqlarını ifadə edərək Madrid prinsiplərinin Azərbaycanın xeyrinə olmadığını bildiriblər. Forumda Müqavimət Hərəkatının yaradılması məqsədilə Qulamhüseyn Əlibəyli, Əhməd Oruc, Elşad Musayev və Akif Nağıdan ibarət işçi qrupun yaradılması haqqında qərar qəbul edilib.

Toplantının sonunda verilən bəyanatda bildirilib ki, Azərbaycan Madrid prinsipləri əsasında danışıqlardan rəsmi şəkildə imtina etməlidir: “Forum bu məqsədlə Mitinq Komitəsi yaradaraq vasitəçilərin və iqtidarın Azərbaycana qarşı bu addımının qarşısının alınması üçün kütləvi aksiyalara hazırlaşmaq barədə müzakirələrə başladığını bildirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR