Bank Of Baku

Elçin Behbudov bələdiyyə seçkiləri ilə bağlı monitorinq keçirəcək

Elçin Behbudov bələdiyyə seçkiləri ilə bağlı monitorinq keçirəcək
# 21 iyul 2009 12:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində təzyiqlərin və siyasi hüquqların monitorinqinin həyata keçirilməsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, E.Behbudov deyib ki, monitorinq çərçivəsində Azərbaycanın 8 bölgəsinin hüquq-mühafizə orqanlarında və siyasi təşkilatların bu regionlar üzrə şöbələrində görüşlər keçiriləcək: “Bu layihə seçki prosesinin demokratik keçirilməsinə xidmət edir. Layihə zamanı ictimaiyyətin nümayəndələri, yerli əhali ilə keçirəcəyimiz görüşlərdə onların seçki və konstitusion hüquqları barədə məlumatlar verəcəyik”. E.Behbudovun sözlərinə görə, bələdiyyə seçkiləri zamanı həyata keçirdikləri layihə zamanı insan haqlarının müdafiəsi tələbi ilə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR