Bank Of Baku

Ziyafət Əsgərov İsrail-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Robert İlatov ilə görüşüb

Ziyafət Əsgərov İsrail-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Robert İlatov ilə görüşüb
# 22 iyul 2009 07:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İsrail-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Robert İlatov ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Z. Əsgərov deyib ki, Azərbaycan-İsrail münasibətləri İsrail prezidenti Şimon Peresin bu yaxınlarda Azərbaycana tarixi səfərindən sonra daha da intensivləşib. Hər iki ölkənin qarşılıqlı əməkdaşlığa ehtiyacı olduğunu vurğulayan Z. Əsgərov Azərbaycanla İsrailin beynəlxalq aləmdə bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.
Ölkəsinin Azərbaycanla isti münasibətlərindən danışan İsrail-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Robert İlatov siyasi, iqtisadi, səhiyyə və bir sıra digər sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR