Bank Of Baku

Bahar Muradova ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüşüb

Bahar Muradova ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüşüb
# 22 iyul 2009 07:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə B. Muradova ATƏT bildirib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, qanunvericilik sahəsində də Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır.
Görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel bildirib ki, ATƏT Azərbaycanda həyata keçirilən demokratik islahatları yüksək qiymətləndirir. Dünyada və Avropada məişət zorakılığına və insan hüquqlarının digər üsullarla pozulmasına qarşı mübarizədən söz açan qonaq bu məsələlərlə bağlı Azərbaycanda qanunvericilik bazasının vəziyyəti ilə maraqlanıb, həmçinin parlamentdə qəbul olunan qanunların icra mexanizminin təkmilləşdirilməsi zərurətini önə çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR