Bank Of Baku

Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 16 il ötür

Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 16 il ötür
# 22 iyul 2009 21:21 (UTC +04:00)
APA-nın məlumatına görə, 1993-cü il iyulun 23-dən erməni hərbi birləşmələrinin işğalçı fəaliyyəti nəticəsində Ağdam rayonunun 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi , 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb və tamamilə məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər. Qeyd edək ki, Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. İşğal nəticəsində rayona 13 milyard 135 milyon ABŞ dolları həcmində ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR