Bank Of Baku

QAT üzvləri Ağdamın işğalının 16-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər

QAT üzvləri Ağdamın işğalının 16-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər
# 23 iyul 2009 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 16-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkilat üzvləri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların məzarlarını ziyarət etdikdən sonra Əbədi Məşəl Kompleksinin qarşısında matəm mitinqi keçirilib. Tədbirdə çıxış edən QAT sədri Akif Nağı, qurum üzvləri Fəridə Əsgərova, Seymur Əlizadə, Sabir Yanardağ və digərləri işğal faktının dözülməz olduğunu deyiblər. Onlar bildiriblər ki, Ermənistanın terrorçu və cinayətkar rəhbərləri ilə danışıqlar dayandırılmalı, onların cavabları hərb meydanında verilməlidir. Bundan sonra aksiya iştirakçıları Ermənistan bayrağını yandırmaq istəyib. Lakin Səbail rayon Polis İdarəsinin əməkdaşları bu cəhdin qarşısını alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR