Bank Of Baku

Azərbaycan prezidenti “MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb
# 24 iyul 2009 16:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev 2007-ci il mayın 25-də Yalta şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən Nazirlər Kabinetinə bu sərəncamın 1-ci bəndində göstərilən sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə bu Sərəncamın 1-ci bəndində göstərilən sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR