Bank Of Baku

Azərbaycan prezidenti Füzuli rayonunun inzibati ərazi bölgüsünə qismən dəyişiklik edilməsi haqqında qanunun tətbiqi məqsədilə sərəncam imzalayıb

Azərbaycan prezidenti Füzuli rayonunun inzibati ərazi bölgüsünə qismən dəyişiklik edilməsi haqqında qanunun tətbiqi məqsədilə sərəncam imzalayıb
# 24 iyul 2009 17:11 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək, bu barədə prezidentinə məlumat vermək, öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR