Bank Of Baku

Azərbaycan prezidenti İsmayıllı rayonunun inzibati ərazi bölgüsünə qismən dəyişiklik edilməsi haqqında qanunun tətbiqi məqsədilə sərəncam imzalayıb

Azərbaycan prezidenti İsmayıllı rayonunun inzibati ərazi bölgüsünə qismən dəyişiklik edilməsi haqqında qanunun tətbiqi məqsədilə sərəncam imzalayıb
# 24 iyul 2009 17:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək, bu barədə prezidentinə məlumat vermək, öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Prezident həmçinin “İsmayıllı rayonunun inzibati ərazi bölgüsünə qismən dəyişiklik edilməsi haqqında” qanunu da təsdiqləyib. Qanuna əsasən, Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqələri müvafiq olaraq Çəmənli və Elabad kəndləri adlandırılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilib. Bizlan və Zərgəran kəndləri Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilib. Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilib. İstisu, Çayqovuşan və Elabad kəndləri Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR