Bank Of Baku

BAXCP Ermənistanla aparılan danışıqların dayandırılmasını tələb edir

BAXCP Ermənistanla aparılan danışıqların dayandırılmasını tələb edir
# 27 iyul 2009 11:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanla aparılan sülh danışıqlarının dayandırılmasını tələb edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BAXCP İdarə Heyətinin iclasında qəbul edilən bəyanatda danışıqların problemin ədalətli həlli üçün heç bir perspektiv vəd etmədiyi vurğulanır. Partiya rəhbərliyi hesab edir ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin vasitəçiliyi ilə aparılan müzakirələrin gedişi göstərir ki, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli yoxdur: “Azərbaycan tərəfi Ermənistanın öz işğalçılıq siyasətinə son qoymadığını, danışıqlar prosesində qeyri-konstruktiv və beynəlxalq hüququn prinsiplərinə ziddi mövqe sərgilədiyini əsas gətirərək təcavüzkar dövlətlə aparılan danışıqları dayandırdığını rəsmən elan etməli, peşəkar ordu quruculuğu istiqamətində ciddi addımlar atmalı və büdcənin 25-27 faizini silahlı qüvvələrin daha yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün ayırmalı, Azərbaycan xalqını təslimçi sülhə deyil, öz torpaqlarını azad etmək üçün səfərbər olmağa, şərəfli qələbə qazanmağa hazırlamalıdır”.

BAXCP İdarə Heyətinin qənaətinə görə, Ermənistanla danışıqların bərpası yalnız o zaman mümkün ola bilər ki, təcavüzkar ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR