Bank Of Baku

Arif Hacıyev: “Milli Müqavimət Hərəkatının yaradılması ideyası artıq dəfn olunub”

Arif Hacıyev: “Milli Müqavimət Hərəkatının yaradılması ideyası artıq dəfn olunub”
# 27 iyul 2009 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. « Müsavat Partiyası Milli Müqavimət Hərəkatının yaradılmasında iştirak etməyəcəksə, belə bir hərəkatın yaranması qeyri-mümkündür». Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, bu tipli məsələlərin partiyalar arasında ciddi müzakirəsinə ehtiyac var: «Bu tipli məsələlər mətbuatdan verilən mesajlarla həll olunmur. Bu işlərin siyasi reklam xarakteri daşımaması, real nəticələrinin olması üçün real siyasi qüvvələr danışıqlar aparmalı, detalları həll etməli və bundan sonra hansısa məsələni mətbuata çıxarmaq lazımdır. Əgər müqavimət hərəkatı doğrudan da Azərbaycan ərazilərinin ermənilərə verilməsinə müqavimət göstərən bir təşkilat kimi qurulacaqsa, təbii ki, bunu yaratmaq mümkündür. Amma hansısa siyasi qüvvələr bu məsələdən özlərini gündəmdə saxlamaq məqsədi ilə istifadə etmək xətti götürəcəklərsə, bu, mümkün olmayacaq ». A. Hacılı bildirib ki, hazırda Müsavat Partiyası hərəkatın yaradılmasında iştirak etmir: «Bu prosesdə Azərbaycanın ciddi siyasi qüvvələrinin heç biri iştirak etmir. Belə olan halda, Milli Müqavimət Hərəkatının yaradılmasının elan edilməsi, əslində, bu ideyanın dəfni deməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR