Bank Of Baku

ACP-yə sədr sentyabrda seçiləcək

ACP-yə sədr sentyabrda seçiləcək
# 27 iyul 2009 14:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin iclası sentyabrda keçiriləcək. Bunu APA-ya açıqlamasında ACP sədrinin müavini Yaqub Abbasov deyib. Onun sözlərinə görə, bu iclasda partiyanın yeni sədri müəyyənləşəcək. Y. Abbasov yeni sədrin namizədliyinin partiyanın lideri Rəsul Quliyev tərəfindən irəli sürüləcəyini də bildirib: “ACP-nin Nizamnaməsinə görə partiyanın sədrinin namizədliyi partiya lideri tərəfindən irəli sürülür. Ali Məclis isə bu namizədi təsdiqləyə də, təsdiqləməyə də bilər. Həmçinin Ali Məclisin özünün də namizəd irəli sürmək səlahiyyəti var. Amma mən Ali Məclisin namizəd irəli sürəcəyini düşünmürəm”.

Y. Abbasov onu da qeyd edib ki, partiyanın hazırkı durumu onu qane etmir: “Mən ACP-nin aktiv fəaliyyət göstərməsinin tərəfdarıyam, bu isə Rəsul Quliyevdən asılıdır. Əgər o özü aktiv siyasi fəaliyyət göstərsə, partiya da aktiv olacaq, əks halda, bu şəkildə də davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR