Bank Of Baku

VHP heç bir seçki koalisiyasına daxil olmayacaq

VHP heç bir seçki koalisiyasına daxil olmayacaq
# 28 iyul 2009 13:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bu ilin sonunda keçirəcək bələdiyyə seçkiləri ərəfəsində heç bir seçki koalisiyasına daxil olmayacaq. VHP sədri Sabir Rüstəmxanlı APA-ya bildirib ki, partiya seçkilərdə iştirakla bağlı qərar qəbul edib və indi seçkiyə hazırlıq mərhələsindədir. O, müxalifətin seçkilərdə vahid komanda kimi iştirak etməsi üçün təşəbbüslə çıxış etdiyini bildirib: “Amma bu təşəbbüsə konkret cavab gəlmədi. İndi bəzi partiyalar müəyyən birliklər yaratmağa çalışırlar. Yenə köhnə oyunlar, köhnə məsələlər, çək-çevir, bir-birinə inamsızlıq və müxalifətçilik uğrunda guya mübarizə var. Bütün bunların hamısı müxalifətin bələdiyyə seçkilərində də ortaq mövqedən çıxış etməyə imkan vermir. Ona görə də biz öz işimizi görürük və partiya olaraq seçkilərə ayrılıqda qatılacağıq”.

S. Rüstəmxanlı bələdiyyə seçkiləri ərəfəsində seçki komissiyalarının tərkibinin dəyişdirilməsi məsələsinin yenidən gündəmə gələcəyini də qeyd edib: “Amma biz seçki komissiyalarının cəmiyyətin inamını qazanacaq formada formalaşdırılmasını tələb etdikcə, komissiyalar daha da hakimiyyətyönlü olur. Biz də cəhd edəcəyik ki, komissiyaların tərkibi dəyişsin, amma bələdiyyə seçkilərinə vaxtın az qaldığını nəzərə alsaq, komissiyaların tərkibinin dəyişəcəyini real görmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR