Bank Of Baku

Araz Əlizadə: “Azərbaycanda beş partiya olsa, kifayətdir”

Araz Əlizadə: “Azərbaycanda beş partiya olsa, kifayətdir”
# 28 iyul 2009 13:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Azərbaycanda beş partiyalı siyasi sistemin yaradılması təşəbbüsü ilə çıxış edib. O, APA-ya açıqlamasında 8 milyon əhalisi olan ölkədə bu qədər çox partiyanın mövcudluğuna ehtiyac olmadığını deyib. A. Əlizadənin sözlərinə görə, bu gün mövcud olan partiyaların əksəriyyətinin ideoloji yönümü eynidir və onlar bir-birini təkrarlayır: “Həmin partiyalar yalnız partiya sədrlərinin şəxsi ambisiyalarına görə fərqlidir. Başqa heç bir fərq yoxdur. Azərbaycanın gələcək inkişafı üçün bir sol, bir sol-mərkəzçi, bir mərkəzçi, bir sağ-mərkəzçi və bir sağçı partiya olsa, kifayətdir. Azərbaycanda beş partiyalı sistemin mövcud olması ölkənin siyasi baxımdan inkişafına təkan verə bilər. Azərbaycanın üzdə olan partiyaları əsasən keçmiş Xalq Cəbhəsinin içindən çıxmış təşkilatlardır, onların hamısı ancaq öz şəxsi ambisiyalarına görə fərqlənirlər, məfkurə baxımından heç bir fərqləri yoxdur”.

A. Əlizadə Azərbaycanda solçuluğun güclü olduğunu da söyləyib: “Amma sol partiya olaraq ASDP-nin maddi imkanları çox zəifdir. Digər tərəfdən, bu gün Azərbaycandakı sağ partiyaların proqramlarına baxdıqda hamısının proqramları demək olar ki, solçuluğu özündə əks etdirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR