Bank Of Baku

ADP Metyu Brayzanın Yerevanda verdiyi son açıqlama ilə bağlı bəyanatla çıxış edib

ADP Metyu Brayzanın Yerevanda verdiyi son açıqlama ilə bağlı bəyanatla çıxış edib
# 10 avqust 2009 11:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzanın Yerevanda verdiyi son açıqlama ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda M. Brayzanın fikirlərinin vasitəçilik missiyası ilə uzlaşmadığı, ədalətsiz və beynəlxalq hüquqa zidd mövqe olduğu qeyd edilib. ADP bəyan edib ki, amerikalı həmsədr Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın ətrafında yerləşən beş rayonun, daha sonra isə Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müqabilində, faktiki olaraq bölgənin Ermənistana birləşdirilməsi planından söz açıb. Partiya hesab edir ki, münaqişənin həlli dedikdə Azərbaycanın bütün işğal olunmuş ərazilərinin, xüsusilə də Dağlıq Qarabağın işğaldan tam azad edilməsi, həmin ərazilərdə Azərbaycanın suverenliyinin tam bərpası nəzərdə tutulmalıdır: “Metyu Brayza dəfələrlə münaqişənin həlli ilə bağlı verdiyi bəyanatları sonradan təkzib etmək məcburiyyətində qalıb ki, bu da onun diplomat kimi uğursuz fəaliyyətini sübut edir”.
ADP eyni zamanda Azərbaycan hökumətini M. Brayzanın bəyanatına dərhal reaksiya verməyə, ABŞ administrasiyasından onun bəyanatı ilə əlaqədar rəsmi izahat tələb etməyə və danışıqların hazırda hansı prinsiplər çərçivəsində aparıldığı haqda xalqa ətraflı məlumat verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR