Bank Of Baku

Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, Kiyevdə güclü partlayışlar olub

Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib, Kiyevdə güclü partlayışlar olub
# 16 iyul 2026 02:53 (UTC +04:00)

Rusiya iyulun 16-na keçən gecə Kiyevə növbəti dəfə ballistik raketlərlə hücum edib.

Bu barədə RBK-Ukrayna Kiyev Şəhər Hərbi Administrasiyasına və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, saat 00:47-də paytaxtda ballistik silahlardan istifadə təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib və sakinlər sığınacaqlara getməyə çağırılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, əvvəlcə Kiyev istiqamətində bir, daha sonra isə azı üç ballistik raket buraxılıb.

Bundan sonra şəhərdə güclü partlayışlar baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR