Bank Of Baku

Adnan Hacızadə və Emin Milli istintaq hərəkətlərində iştirakdan imtina ediblər

Adnan Hacızadə və Emin Milli istintaq hərəkətlərində iştirakdan imtina ediblər
# 10 avqust 2009 12:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Barələrində cinayət işi qaldırılmış “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə və “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli istintaq hərəkətlərində iştirakdan imtina ediblər. Bu barədə APA-ya onların vəkili İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, gənclər avqustun 8-dən istintaq hərəkətində iştirak etməyəcəklərini deyiblər.

Qeyd edək ki, hər iki gənc iyulun 9-da “Lebonese” restoranında Vüsal Məmmədov və Babək Hüseynova qarşı zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərində ittiham olunurlar. Onların barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR