Bank Of Baku

Arif Hacılı: ““Müsavat Partiyasının qurultayı 2010-cu ildə keçirilə də bilər, keçirilməyə də”

Arif Hacılı: ““Müsavat Partiyasının qurultayı 2010-cu ildə keçirilə də bilər, keçirilməyə də”
# 10 avqust 2009 13:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyasının qurultayı 2010-cu ildə keçirilə də bilər, keçirilməyə də. Amma çox güman ki, biz qurultayı məhz həmin il keçirəcəyik”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, partiyanın Nizamnaməsinə görə, qurultay 4 ildən bir keçirilməlidir: “Əgər biz təşkilati işləri həyata keçirə bilsək, qurultayı keçirəcəyik. Amma hələ partiyada hazırlıq başlamayıb. Hesab edirik ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması, hazırlıq işlərinin görülməsi üçün tezdir. Hələ partiyada qurultay mövzusu aktual deyil”. A. Hacılı bildirib ki, qurultay yalnız o zaman təxirə salına bilər ki, hazırlıq işləri başa çatmasın, ekstremal siyasi şərait bunu tələb etsin: “Amma prinsipcə biz düşünürük ki, qurultay vaxtında keçiriləcək. Qurultayı gələn ilin sonuna planlaşdırırıq. Çünki gələn il həm də parlament seçkiləri keçiriləcək və çalışacağıq ki, qurultayın keçirilməsi müddətini elə vaxta təyin edək ki, parlament seçkiləri ilə toqquşmasın”.

Müsavat Partiyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurası qarşısında götürdüyü öhdəlikdən imtina etməsi barədə deyilənlərə münasibət bildirən A. Hacılı bildirib ki, partiyanın belə bir öhdəliyi yoxdur: “Bu barədə ictimaiyyətə yanlış məlumat verilir. Müxalifət qüvvələri beynəlxalq qurumlar qarşısında hər hansı öhdəlik götürməyiblər. Müsavat Partiyası və onun başqanı İsa Qəmbərin Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurası qarşısında heç bir öhdəliyi yoxdur. Müsavat Partiyasının Avropa Şurası ilə imzalaması var, bu da Azərbaycanın gələcək demokratik inkişafı ilə bağlı olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR