Bank Of Baku

“Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları Tahir İmanov və internet portalların rəhbərləri ilə görüşüblər

“Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları Tahir İmanov və internet portalların rəhbərləri ilə görüşüblər
# 11 avqust 2009 16:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Azərbaycanın Qazax rayonunda yerləşən “Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçıları bu gün “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun rəhbəri Tahir İmanov, internet portalların rəhbərləri ilə görüşüblər. APA-nın məlumatına görə, görüşdə Tahir İmanov, Mikayıl Məmmədov, Elnur Baimov gənclərlə görüşdə onları maraqlandıran sualları cavablandırıblar.

Tahir İmanov təmsil etdiyi qurumun tarixindən, keçdiyi yoldan, hazırkı fəaliyyətlərindən danışıb. Gənclərin suallarını cavablandıran T. İmanov Azərbaycanda Şən və Hazırcavablar Klublarının qeyri-aktivliyindən də şikayətlənib. Azərbaycanda internet portalların vəziyyəti haqqında da danışan M. Məmmədov isə deyib ki, Azərbaycan gənclərinin xarici portallardan istifadə etməsi milli internet şəbəkəmizin inkişafı üçün zərərlidir. O, gəncləri Azərbaycan dilli internet portallarından istifadə etməyə çağırıb. Görüşdə həmçinin azərbaycanlı gənclərin xarici dillərdə olan internet saytlarda, forumlarda və digər internet resurslarda aktiv iştirak etmələrinin zəruriliyi də qeyd olunub.

Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edir. Gənclər “Uğur”, “Tərəqqi”, “Etimad” və “İnkişaf” adlı qruplara bölünərək gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR