Bank Of Baku

Qarabağ və Respublika Uğrunda Hərəkat qanunvericilik təşəbbüsü qaldıracaq

Qarabağ və Respublika Uğrunda Hərəkat qanunvericilik təşəbbüsü qaldıracaq
# 13 avqust 2009 16:37 (UTC +04:00)
Bakı-APA. Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti toplantısı keçirilib. Hərəkatdan APA-ya daxil olan məlumata görə, toplantıda Qarabağ məsələsi, Hökməli qəsəbəsinin sakinlərinin evlərinin zorakılıqla sökülməsi və qanunvericilik təşəbbüsü ilə hərəkatın işçi qrupunun yaradılması məsələləri müzakirə edilib.

Qarabağ məsələsi ilə bağlı hərəkat əvvəlki mövqeyində qaldığını bir daha bəyan edib. Hərəkatın bununla bağlı bəyanatı qəbul olunub.

Hərəkat Bakının Hökməli qəsəbəsində sakinlərin evlərinin zorakılıqla sökülməsinə etirazını bildirib.

Daha sonra qanunvericilik təşəbbüsü ilə hərəkat daxilində işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. İşçi qrupuna Seçki Məcəlləsi, «Siyasi partiyalar haqqında», «Sərbəst toplaşmaq azadlığı haqqında» və «Bələdiyyələrin statusu haqqında» qanunlara demokratik əlavə və dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR