Bank Of Baku

Ümid Partiyası Rəyasət Heyətinin iclası keçirilib

Ümid Partiyası Rəyasət Heyətinin iclası keçirilib
# 14 avqust 2009 15:09 (UTC +04:00)
Bakı – APA. Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas zamanı əsasən partiyanın son bir ay ərzindəki fəaliyyətinə qiymət verilib və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Partiyanın sədri, millət vəkili İqbal Ağazadə partiyanın bələdiyyə seçkilərinə hazırlığını yüksək qiymətləndirsə də, işin daha sürətli və effektiv təşkil olunması üçün yeni tapşırıq və təlimatlarını RH üzvlərinin diqqətinə çatdırıb: “Ümid Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan digər partiyalarla birgə iştirak edəcək, bu müttəfiqlik çərçivəsində üzərinə düşən bütün öhdəliklərə tam olaraq əməl edəcək”.
İclasda partiyanın 2009-cu il bələdiyyə seçkilərində iştirak edəcək bütün namizədlərinin tam siyahısının sentyabrın 1-nə qədər yekunlaşdırılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR