Bank Of Baku

Müsavat Partiyası Divanının iclası keçirilib

Müsavat Partiyası Divanının iclası keçirilib
# 17 avqust 2009 13:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ və Respublika Uğrunda Hərəkat “Bələdiyyələr haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı işçi qrupu yaradıb. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya Divanının bu gün keçirilən iclasında qanuna təklif olunan əlavə və dəyişikliklər müzakirə edilib. İşçi qrupunda Müsavat Partiyasını Seçki Departamentinin rəhbəri Gülağa Aslanlının təmsil etməsi qərara alınıb.

Divanın iclasında həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların gedişi, ölkədə sosial-iqtisadi vəziyyət və vətəndaşların mülkiyyət hüquqlarının pozulması, söz azadlığı məsələləri və gənc bloggerlərin istintaqı müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR