Bank Of Baku

Əli Əhmədov: “Hesab edirəm ki, özünə hörmət edən partiyalar bələdiyyə seçkilərində iştirak haqqında düzgün qərar qəbul edəcəklər”

Əli Əhmədov: “Hesab edirəm ki, özünə hörmət edən partiyalar bələdiyyə seçkilərində iştirak haqqında düzgün qərar qəbul edəcəklər”
# 17 avqust 2009 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində iştirak etmək istəyən partiyaları özünə təhlükə yarada biləcək rəqib hesab etmir. Çünki YAP üzvlərinin sayı artıq yarım milyona çatıb. Ölkədə fəaliyyət göstərən digər partiyaların üzvlərinin sayını isə bir yerə toplasaq, onlar YAP üzvlərinin sayının kiçik faizini təşkil edə bilər”. Bu sözləri YAP sədrinin müavini, icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına açıqlamasında deyib. APA-nın məlumatına görə, müxalifət partiyalarının bələdiyyə seçkilərində şanslarını qiymətləndirən Ə. Əhmədov hakim partiyanın digər partiyalarla ictimai nüfuz və proseslərə təsir baxımından da müqayisə olunmaz fərqlərinin olduğunu qeyd edib. Buna baxmayaraq, seçki kampaniyasının opponentlərlə rəqabət şəraitində keçməsini istədiyini deyən Ə. Əhmədov bildirib ki, əgər hansısa partiya seçkilərdən kənarda qalırsa, o özünün mövcudluğunu sual altında qoyur: “Bələdiyyə seçkilərində iştirak siyasi partiyaların ictimaiyyət tərəfindən nə dərəcədə dəstəklənməsini təsdiqləyən amildir. Həmçinin, bu seçki partiyaların ölkənin bölgələrində də hansı imkanlara və dəstəyə malik olduğunu nümayiş etdirir. Əgər partiyalar seçkilərdə iştirak etməsə, deməli, onların ictimai dayağı mövcud deyil. Hesab edirəm ki, özünə hörmət edən siyasi partiyalar bələdiyyə seçkilərində iştirak etmək haqqında düzgün qərar qəbul edəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR