Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 90 illiyinə həsr olunmuş mərasim keçirilib

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 90 illiyinə həsr olunmuş mərasim keçirilib
# 18 avqust 2009 09:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılmasının 90 illiyi münasibətilə gənc zabitlərin sərhədçi andı içməsi mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə prezidentin hərbi müşaviri Vahid Əliyev və DSX rəisi Elçin Quliyev iştirak edib.

Mərasimdə çıxış edən E. Quliyev sərhədçilərin Azərbaycanın dövlət sərhədlərini keşiyində sarsılmadan durduğunu bəyan edib, Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtmasından sonra Azərbaycanın sərhədlərinin mühafizəsində ciddi irəliləyişlərin olduğunu deyib. E. Quliyev hazırda dövlət sərhədlərinin etibarlı əllərdə olduğunu bildirib. Onun sözlərinə görə 2009-cu ilin ötən 7 ayı ərzində 2842 sərhəd pozucusu saxlanılıb, 227 kq narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb, axtarışda olan 668 nəfər tutulub və təxminən 2 milyon 50 min manat dəyərində qaçaqmal müsadirə olunub. O həmçinin, dövlət başçısının sərhədçiləri daim diqqətdə saxladığını bildirib və bir neçə gün əvvəl bir qrup zabitin təltif edilməsini buna nümunə olduğunu qeyd edib.

E. Quliyev dövlət sərhədinin mühafizəsi zamanı şəhid olmuş Elton İsgəndərova ölkə prezidentinin sərəncamı ilə verilmiş Milli Qəhrəman Ordenini onun ailəsinə təqdim edib. Mərasimdə 80 gənc zabit sərhədçi andı içib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR