Bank Of Baku

Sərdar Cəlaloğlu MDİ-nin ölkə üzrə direktoru ilə görüşüb

Sərdar Cəlaloğlu MDİ-nin ölkə üzrə direktoru ilə görüşüb
# 19 avqust 2009 10:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ-ın beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun ölkə üzrə direktoru Aryen De Vulfla görüşüb.

Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyətə dair fikir mübadiləsi aparılıb, bələdiyyə seçkilərinə hazırlıq və siyasi partiyalar haqqında qanuna nəzərdə tutulan dəyişikliklər haqqında partiyanın mövqeyi MDİ təmsilçisinin diqqətinə çatdırılıb. Görüşdə həmçinin MDİ ilə ADP arasında əməkdaşlığın davam etdirilməsi və bu istiqamətdəki gələcək perspektivlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR