Bank Of Baku

İsa Qəmbər MDİ-nin Bakı təmsilçisi ilə görüşüb

İsa Qəmbər MDİ-nin Bakı təmsilçisi ilə görüşüb
# 19 avqust 2009 12:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ Milli Demokratiya İnstitutunun Bakı təmsilçisi Arien De Volfla görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə tərəflər Azərbaycanda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri, Seçki Məcəlləsində və bələdiyyələrlə əlaqədar qanunda zəruri dəyişikliklər haqqında müzakirə aparıblar. Ölkədəki ictimai-siyasi vəziyyət, həbsdə olan gənc bloggerlərin hüquqlarının müdafiəsi barədə fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin MDİ-nin perspektiv planları və Müsavat Partiyası ilə əməkdaşlığının davamına da diqqət yetiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR