Bank Of Baku

Əli Əhmədov: “Seçki Məcəlləsinə bələdiyyə seçkiləri ilə bağlı dəyişiklik edilməsi vaxt baxımından mümkün deyil”

Əli Əhmədov: “Seçki Məcəlləsinə bələdiyyə seçkiləri ilə bağlı dəyişiklik edilməsi vaxt baxımından mümkün deyil”
# 20 avqust 2009 13:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bələdiyyə seçkiləri ilə bağlı Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilməsi niyyəti olsa da belə, vaxt baxımından bunu yerinə yetirmək mümkün deyil. Seçki kampaniyası başlayandan sonra seçki qanunvericiliyinə hər hansı dəyişikliyin edilməsi məqsədəuyğun deyil”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına açıqlamasında deyib. Sədr müavini bildirib ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabr ayında keçiriləcək və səsvermə gününə 75 gün qalmış seçki kampaniyasına rəsmi start veriləcək: “Parlamentin növbəti sessiyası isə oktyabrın 1-də başlayacaq. Digər tərəfdən, Seçki Məcəlləsinə hansı dəyişikliklərin edilməsindən söhbət gedir? Biz hesab edirik ki, bütövlükdə Azərbaycanın mövcud seçki qanunvericiliyi ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə tam təminat verir. Bu baxımdan, məcəlləyə ciddi dəyişikliklər edilməsinə ehtiyac görmürük. Mövcud Seçki Məcəlləsi artıq bir neçə sınaqdan keçib və özünü doğruldub, beynəlxalq təşkilatlar da bu sənədə müsbət rəy veriblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR